Rusiyada “Wikipedia” qadağası götürüldü

Rusiya narkotik maddə hazırlanmasına aid məlumatı paylaşdığı üçün internet ensiklopediyası “Wikipedia”dan istifadəyə dünən qoyduğu qadağanı aradan götürüb.
Maide.az xəbər verir ki, Rusiya Federativ Radio və Televiziya Nəzarət Qurumu (Roskomnadzor) dünən ölkə ərazisində “Wikipedia”ya girişi qadağan etmişdi.
Lakin, qısa müddət sonra Astraxan Bölgə Məhkəməsi məsələyə yenidən baxıb və düzəliş verib. Düzəlişdən sonra Rusiya Narkotik Nəzarət Servisi “Wikipedia”da marixuana haqqında yerləşdirilən yazının qanunlara zidd olmadığı haqqında qərar verib.
Məlumat üçün bildirək ki, daha öncə də “Reddit” internet saytı narkotik maddə istehsalını izah edən material yerləşdirdiyi üçün Rusiyada bu sayta giriş qadağa edilmişdi.//

Google+ WhatsApp ok.ru