Rusiyada aksiyalar başladı, insanlar küçəyə AXIŞDI 05 May 2018 01:00 Dünya -- Bir neçə şəhərdə eyni vaxtda baş verən aksiyalara Rusiyada müxalifətçi Aleksey Navalnının təşkilatçılığı ilə etiraz aksiyaları başlayıb. Maide.Az "publika.az"a istinadən xəbər verir ki, aksiyalar iştirakçıları “o, bizim padşahımız deyil”, - devizi ilə çıxış edir. Mitinqlər Xabarovsk, Vladivostok, Cənubi Saxalin, İrkutskda keçirilib.Bir neçə şəhərdə eyni vaxtda baş verən aksiyalara yüzlərlə iştirakçı qatılıb. Mitinq icazəsiz keçirilir. Prokurorluq müxalifətçiləri icazəsiz mitinq keçirilməsinin mümkün mənfi nəticələri barədə xəbərdar edib. Aksiyaların keçirildiyi meydanda polis əməkdaşlarının növbə çəkdiyi, polis avtobusunun dayandığı qeyd olunur. Aksiya iştirakçıları Vladimir Putinin növbəti prezidentlik fəaliyyətinin mayın 7-də keçiriləcək inaqurasiya mərasiminə etiraz edir. Aksiyaların davam etdiyi vaxtda bir sıra şəhərlərdə Novalnı tərəfdarları həbs edilib. Teqlər : #Rusiyada aksiyalar başladı,#insanlar küçəyə AXIŞDI, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kanadada külək 200 evi işıqsız qoydu Bəhreyn zindanlarında şiə kitabları qadağan edildi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO