Rusiyada ağır qəza: altı azərbaycanlı öldü

Rusiyada ağır qəza: altı azərbaycanlı öldü

Rusiyanın Qafqaz magistralında baş verən qəza nəticəsində ölənlərin hamısı Azərbaycan vətəndaşlarıdır. 
 
Maide.Az bildirir ki, nununla bağlı “İnterfax” məlumat yayıb. 
 
Bildirilib ki, qəza zamanı mikroavtobusda 8 nəfər olub. 
 
İlkin versiyaya görə, qəzaya “QAZ-66” markalı avtomobilin sürücüsü sükan arxasında yatması səbəb olub.
 
Qeyd edək ki,  hadisə yerli vaxtla 05:30-da Qafqaz magistralının 252-ci kilometrliyində, Nevinnomıssk rayonunda qeydə alınıb. 
 
Qəza zamanı “Mercedes Vito” və “QAZ-66” markalı avtomobillər toqquşub. Hadisəyə “QAZ-66” markalı avtomobilin qarşı yola çıxması səbəb olub. 
 
Hadisə zamanı beş nəfər ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. 
 
Faktla bağlı araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru