Rusiyada avtobus dənizə düşüb, 14 nəfər ölüb

Rusiyada avtobus dənizə düşüb, 14 nəfər ölüb

Rusiyanın Krasnodar vilayətində avtobusun Qara dənizdə Kerç boğazına aşması nəticəsində 14 nəfər ölüb.
 
Daha 20 nəfər xilas edilib, onlardan 4-ü ağır vəziyyətdədir.
 
Avtobus “Tamannefteqaz” şirkətinin işçilərini növbədən evlərinə qaytararırmış.
 
Avtobusun hansı səbəbdən dənizə düşməsi məlum deyil. (apa) /

Google+ WhatsApp ok.ru