Rusiyada çayda iki qadının başsız, əlsiz və ayaqsız meyiti aşkarlanıb

Moskva vilayətində iki qadının başsız meyiti aşkarlanıb.
 
Bu barədə “RİA Novosti”yə Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
 
Meyitlər Klyazma çayında tapılıb.
 
Polisdən bildiriblər ki, meyitlər başsız və əl-ayaqsız olub. Meyitlərin üzərində çoxsaylı bıçaq yaraları aşkarlanıb.
 
Faktla bağlı cinayət işi açılıb. 

Google+ WhatsApp ok.ru