Rusiyada baş verən yanğında ana və beş uşağı ölüb

Rusiyada baş verən yanğında ana və beş uşağı ölüb

Rusiyanın Tver vilayətinin Penkovo kəndində yanğında altı nəfər ölüb.
 
TASS-a istinadən verilən məlumata görə, noyabrın 15-də gecə evdə baş verən yanğında ölənlərin ana və onun beş uşağı olduğu bildirilir.
 
Yanğın nəticəsində bir kişi xəsarət alıb. O, orta dərəcəli yanıq xəsarətləri ilə şok vəziyyətində xəstəxanaya çatdırılıb.
 
Yanğının söndürülməsinə 35 yanğınsöndürən və 14 texnika cəlb olunub. Səhərə yaxın yanğının qarşısı alınıb.
 
Hadisə ilə bağlı araşdırmalara başlanılıb. (apa) /

Google+ WhatsApp ok.ru