Rusiyada daşqın nəticəsində 4 minə yaxın evi su basıb

Rusiyada daşqın nəticəsində 4 minə yaxın evi su basıb

 
Rusiyanın Primorsk diyarında daşqın nəticəsində 3 600-dan çox evi su basıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, son sutka ərzində daha 400 yaşayış evi su altında qalıb.
 
Primorsk diyarında ümumilikdə 221 kilometr avtomobil yolu sıradan çıxıb. Zərərçəkmiş ərazilərdən 800-dən çox sakin təxliyə edilib. Təbii fəlakətdən əziyyət çəkənlərə humanitar yardım edilib.
 
Qeyd edək ki, “Layonrok” qasırğası nəticəsində Primorsk diyarına üç aylıq norma səviyyəsində yağıntı düşüb. Təbii fəlakətlə əlaqədar Primorsk diyarında federal səviyyəli fövqəladə vəziyyət rejimi tətbiq edilib. /
 

Google+ WhatsApp ok.ru