Rusiyada gəmi batıb, 17 nəfər itkin düşüb

Rusiyada gəmi batıb, 17 nəfər itkin düşüb

Barens dənizinin Rusiya sahillərində “Oneqo” balıqçı gəmisinin batması nəticəsində 17 nəfər itkin düşüb.
 
Məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyi yayıb.
 
Hadisə dekabrın 28-də yerli vaxtla səhər saatlarında Arxangelsk vilayətinin Novoy Zemli bölgəsi yaxınlığında baş verib.
 
Gəminin göyərtəsində 19 nəfər olub, onların 2-si xilas edilib, 17-si itkin düşüb.
 
İlkin məlumata əsasən, qəzaya səbəb buzlaşma olub.
 
İtkin düşən balıqçıların axtarışı davam etdirilir. /RİA Novosti/

Google+ WhatsApp ok.ru