Rusiyada güclü yanğın oldu, ölənlər var

Rusiyada güclü yanğın oldu, ölənlər var

Rusiyada güclü yanğın hadisəsi baş verib.
 
“Report”un məlumatına görə, bu barədə TASS-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
 
Məlumata görə, hadisə İrkutsk əyalətinin Ust-Ud qəsəbəsində, Orconikidze küçəsindəki ikiotaqlı evdə qeydə alınıb. 
 
"Bu səhər İrkutsk əyalətinin Ust-Ud qəsəbəsində baş verən yanğında dördü uşaq olmaqla, yeddi nəfər həlak olub", - nazirlikdə deyiblər.
 
Qeyd edilir ki, hadisə zamanı ölənlər 1998-ci il təvəllüdlü kişi, 1997 və 1993-cü il təvəllüdlü iki qadın, həmçinin dörd uşaqdır. Onların hamısı dəm qazından zəhərlənib.
 

Google+ WhatsApp ok.ru