Rusiyada həbsxanada qiyam: 20 yaralı

Rusiyada həbsxanada qiyam baş verib.
 
APA-nın “Vesti”yə istinadən verdiyi məlumata görə, hadisə Başqırdıstanda qeydə alınıb.
 
İğtişaşlar nəticəsində 20 nəfər xəsarət alıb. Onlardan altı nəfər xəstəxanaya yerləşdirilib.
 
Qiyam 100-dək məhbusun mövcud rejimin yüngülləşdirilməsi və həbsxana dükanındakı məhsulların qiymətinin azaldılması tələbindən sonra baş verib. Etiraz əlaməti olaraq onlar digər məhbuslara xəsarətlər yetiriblər.
 
Hazırda faktla bağlı araşdırma aparılıb. /
 

Google+ WhatsApp ok.ru