Rusiyada hərbi hissədə partlayış oldu

Rusiyada hərbi hissədə partlayış oldu

Rusiyanın Murmansk vilayətində təlim döyüş sursatının partlaması nəticəsində 5 hərbçi xəsarət alıb.
 
“Report” xəbər verir ki, məlumatı RİA “Novosti” yayıb.
 
Bildirilib ki, partlayışa səbəb təhlükəsizlik qaydalarının pozulması olub. Məlumata görə, partlayış Murmansk vilayətinin Peçenq rayonundakı hərbi hissələrdən birində təlim-məşq tədbirində baş verib.
 
Rəsmi mənbələr informasiyanı hələ ki, təsdiqləməyib.  
 

Google+ WhatsApp ok.ru