Rusiyada imamın müavini öldürülüb

Rusiyanın Stavropol diyarı İrakli aulu imamının müavini, 32 yaşlı Zakirbek Mahmutov bu gün gecə saatlarında öldürülüb.
Bu haqda diyarın Müsəlman Ruhaniləri İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, onun meyiti avqustun 20-də səhər saatlarında diyarın Neftekum rayonunun Qara-Tübe kəndində yaşadığı evin 100 metrliyində aşkarlanıb. Xəbərə görə, onun meyitinin boynunda və bədənində güllə yaraları olub.
Stavropol müftiliyindən bildirilib ki, Zakirbek Mahmutov uşaqlara "Qurani-Kərim"i və ərəb dilini öyrədirmiş: "O, fəal din xadimi və ictimaiyyətçi idi".
Yerli hüquq-mühafizə orqanları qatilin ona həm də avtomat silahdan atəş açdığını bildirib.
Zakirbek Mahmutov 4 azyaşlı uşaq atası idi.  

Google+ WhatsApp ok.ru