Rusiyada Konfederasiyalar Kuboku başlayır

Rusiyada Konfederasiyalar Kuboku başlayır

lk oyun günündə təşkilatçı ölkə ilə Yeni Zelandiya yığmaları qarşılaşacaq
 
Bu gün Rusiyada futbol üzrə Konfederasiyalar Kubokuna start veriləcək. "Report"un məlumatına görə, sayca 8-ci dəfə keçiriləcək yarış 2018-ci il dünya çempionatı öncəsi yoxlama xarakteri daşıyır.
 
Oyunlar gələn il mundialı qəbul edəcək stadionlarda təşkil olunacaq. Konfederasiyalar Kubokuna ümumilikdə 8 ölkənin milli komandası qatılıb. Bunlar təşkilatçı ölkə Rusiya, 2014-cü ilin dünya çempionu Almaniya, 2015-ci il Asiya Kubokunun qalibi Avstraliya, Amerika Kubokunun sahibi Çili, "Gold Cup 2013" və "Gold Cup 2015"in sahibləri arasındakı oyunun qalibi Meksika, 2016-cı il Okeaniya Kubokunun qalibi Yeni Zelandiya, 2016-cı ilin Avropa çempionu Portuqaliya və 2017-ci il Afrika Millətlər Kubokunun qalibi Kamerun yığmalarıdır. Rusiya, Portuqaliya və Çili bu yarışda ilk dəfə iştirak edəcək. Oyunlar Moskvadakı "Spartak", Soçidəki "Fişt" stadionlarında, eləcə də Sankt-Peterburq və Kazandakı eyniadlı arenalarda keçiriləcək.
 
Püşkə əsasən, Rusiya, Yeni Zelandiya, Portuqaliya və Meksika A qrupunda, Kamerun, Çili, Avstraliya və Almaniya B qrupunda yer alıb. 
 
Turnirin təqvimi:
A qrupu
 
17 iyun
19:00. Rusiya – Yeni Zelandiya
Baş hakim: Vilmar Roldan (Kolumbiya)
"Sankt Peterburq Arena"
 
18 iyun
19:00. Portuqaliya – Meksika
"Kazan Arena"
 
21 iyun
19:00. Rusiya – Portuqaliya
"Spartak" stadionu
22:00. Meksika – Yeni Zelandiya
"Fişt" stadionu
 
24 iyun
19:00. Meksika – Rusiya
"Kazan Arena"
19:00. Yeni Zelandiya – Portuqaliya
"Sankt Peterburq Arena"
 
B qrupu
18 iyun
22:00. Kamerun – Çili
"Spartak" stadionu
 
19 iyun
19:00. Avstraliya – Almaniya
"Fişt" stadionu
 
22 iyun
19:00. Kamerun – Avstraliya
"Sankt Peterburq Arena"
22:00. Almaniya – Çili
"Kazan Arena"
 
25 iyun
19:00. Almaniya – Kamerun
"Fişt" stadionu
19:00. Çili – Avstraliya
"Spartak" stadionu
 
Yarımfinal
28 iyun
1. 22:00. A qrupunun qalibi – B qrupunun ikincisi. "Kazan Arena"
 
29 iyun
2. 22:00. B qrupunun qalibi – A qrupunun ikincisi. "Fişt" stadionu
 
3-cü yer uğrunda
2 iyul
16:00. 1-ci cütün məğlubu – 2-ci cütün məğlubu. "Spartak" stadionu
 
FİNAL
2 iyul
22:00. 1-ci cütün qalibi – 2-ci cütün qalibi. "Sankt Peterburq Arena"
 
Qeyd edək ki, əvvəlki 7 Konfederasiyalar Kubokunda Braziliya 4 dəfə qalib olub. Bunlardan birincisi ilk (1997), qalanları isə son 3 (2005, 2009, 2013) turnirə təsadüf edib. 2001 və 2003-cü illərdə kuboku Fransa, 1999-cu ildə isə Meksika qazanıb. /

Google+ WhatsApp ok.ru