Rusiyada koronavirusa ilk iki yoluxma halı aşkarlanıb

Rusiyada koronavirusa ilk iki yoluxma halı aşkarlanıb

Rusiya Baş nazirinin müavini Tatyana Golikova ölkədə koronavirusa iki yoluxma halının aşkarlandığını təsdiqləyib.
 
Golikova yanvarın 31-də jurnalistlərə deyib ki, həmin iki şəxs Çin vətəndaşlarıdır, biri Trans-Baykal, digər Tümen regionundadır.
 
Hər ikisi qadındır və karantinə alınıb, o əlavə edib.
 
Beləliklə, Rusiya koronavirusun qeydə alındığı 23-cü ölkə olub.
 
Qeyd edək ki,  Çində koronavirusun (2019-nCoV) törətdiyi yeni tip pnevmoniyadan ölüm səviyyəsi hazırda 2,5 faizdir. Bu gün səhərə olan məlumata görə, təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 11 952, ölənlərin sayı isə 259-dur. 
 

 

Google+ WhatsApp ok.ru