Rusiyada məhbuslar arasında Quran müsabiqəsi

Rusiya Federasiyasının Mordoviya  Respublikasında müsəlman məhbuslar arasında Quran tilavəti müsabiqəsi keçirilib. 
Maide.az-ın Rusiya KİV-lərinə istinadən məlumatına görə,   Mordoviya Respublikasında keçirilən bu tədbir ümumfederasiya ərazisində ilk belə yarışdır. 
Müsabiqədə respublikanın 11 şəhər və rayonundan olan müsəlman məhbuslar iştirak edib.
Üç nominasiya üzrə keçirilən müsabiqədə laureatlara mükafatlar, qaliblərə isə diplom, eləcə də Quran, namaz xalçası və stolüstü saat hədiyyə edilib
Qeyd edək ki, bundan öncə Tacikistan həbsxanalarından birində də Quran oxuma müsabiqəsi keçirilmişdi. 
Məhbuslar Qurani-Kərimdən ayə və surələrin oxunmasına dair bacarıqlarını nümayış etdiriblər. Müsabiqənin 3 qalibinə mükafatlar təqdim edilmişdi./
 

 

Google+ WhatsApp ok.ru