Rusiyada məhbuslar ildə 2-4 dəfə həbsdən kənarda uşaqları ilə 10-15 gün vaxt keçirə biləcək

Rusiyada məhbuslar ildə 2-4 dəfə həbsdən kənarda uşaqları ilə 10-15 gün vaxt keçirə biləcək

Rusiyada  məhbuslara 14 yaşına qədər olan övladları və əlil uşaqları ilə həbsxanadan kənarda uzunmüddətli görüşməyə izn verildi. 
 
Uyğun qanun RF prezidenti Vladimir Putin tərəfindən imzalanıb.
 
Qanun 14 yaşına qədər uşağı olan və əlil övladı olan qadınlara, həmçinin övladının yeganə hamisi olan kişilərə aiddir.
 
Görüşlər bazar günləri və bayram günləri həbsxanadan kənarında keçirilə bilər.
 
Əlil uşağı olan qadınlar və belə uşaqların yeganə valideyni olan kişilər ildə 4 dəfə 15 gün müddətinə həbsdən kənarda övladları ilə vaxt keçirmə hüququna malikdir.
 
14 yaşına qədər uşaqların anaları, həmçinin belə uşaqların yeganə valideyni olan kişilər ildə iki dəfə 10 gün müddətinə həbsdən kənarda övladları ilə vaxt keçirmə hüququna malikdir.
 
Qanun xüsusi ağır cinayətdə, həmçinin yeniyetməlik yaşına çatmayanlara qarşı cinayətdə təqsirli bilinənlərə və bir sıra xəstəlikdən əziyyət çəkənlərə aid edilmir.(faktxeber)

Google+ WhatsApp ok.ru