Rusiyada məktəbə hücum nəticəsində yaralananların sayı artıb

Rusiyada məktəbə hücum nəticəsində yaralananların sayı artıb

-- Hücum edən yeniyetmə saxlanılıb

RF Buryatiya Respublikasının Ulan-Ude şəhərinin Sosnovı Bor qəsəbəsindəki məktəblərdən birinə hücum zamanı xəsarət alanların sayı artıb.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bu gün səhər saatlarında yeniyetmənin balta ilə müəllim və şagirdlərə hücum etməsi nəticəsində 7 nəfər yaralanıb.
 
Xəsarət alanlardan bəzilərinin vəziyyəti ağır, bəzilərinin zədəsi isə yüngüldür.
 
Hücum edən yeniyetmə saxlanılıb, hazırda xəstəxanadadır. Onun intihara cəhd etdiyi bildirilir.
 
Qeyd edək ki, yanvarın 19-u səhər saatlarında 9-cu sinif şagirdi əlinə balta alaraq 7-ci sinif şagirdlərinə hücum edib, sonra içində tezalışan maye olan butulkanın köməyi ilə sinif otaqlarından birini yandırıb.
 

Google+ WhatsApp ok.ru