Rusiyada məsciddə yanğın

Rusiyada məsciddə yanğın

Rusiyanın Başqırdıstan respublikasının paytaxtı Ufada məsciddə yanğın baş verib.
 
Trend-in məlumatına görə, yanğın 15 kvadrat metr ərazini əhatə edib.
 
Yanğının qarşısını qısa zamanda almaq mümkün olub. Yanğının söndürülməsində 20-dən çox yanğınsöndürən iştirak edib.
 
Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru