Rusiyada məktəblərdə əxlaq dərslərinin keçirilməsi təklif olunub

Rusiyada məktəblərdə əxlaq dərslərinin keçirilməsi təklif olunub

Rusiya Dinlərarası Şurası (RDŞ) məktəblərdə və ola bilsin universitetlərdə əxlaq dərslərini tətbiq etməyi təklif edir.

 
Maide.Az xəbər verir ki, bu barədə RİA Novosti Rusiya Ali Müftisi, Müsəlmanların Mərkəzi Ruhani İdarəsinin sədri Talqat Tacuddinə istinadən məlumat verib.
 
Bundan əvvəl Moskvada RDŞ və Xristian Dinlərarası Məsləhət Komitəsinin birgə iclası keçirilib.
 
T.Tacuddin yığıncaqda məktəblilərin və şagirdlərin ölkənin ənənəvi dinlərinin nümayəndələrindən mənəvi dərs almalarının lazım olduğunu söyləyib.
 
O qeyd edib ki, bu dərslərdə uşaqlara valideynləri, həmyaşıdları və ətraf mühitlə necə davranmaq lazım olduğunu izah etmək lazımdır.

Google+ WhatsApp ok.ru