Rusiyada məktəbə silahlı hücumun qarşısı alındı

Rusiyada məktəbə silahlı hücumun qarşısı alındı

Rusiyanın Krasnoyarsk şəhərində məktəbə hücum planlaşdıran yeniyetmə saxlanılıb.

 
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb. 
 
Məktəbə hücum etmək istəyən 2006-cı il təvvəllüdlü yeniyetmədən içi güllə ilə dolu ov tüfəngi, partlayıcı olduğu güman edilən qurğu, həmçinin əlaqə vasitələri və gündəliyi götürülüb.
 
Bildirilib ki, gündəlikdə onun cinayəti planlaşdırması ilə bağlı məlumatlar yer alıb.

Google+ WhatsApp ok.ru