Rusiyada mal-qarada təhlükəli infeksiya aşkar edildi

Rusiyada mal-qarada təhlükəli infeksiya aşkar edildi

Rusiyanın Xabarovsk vilayətində inəklərdə yoluxucu nodulyar dermatit xəstəliyi aşkar edilib.
 
Yoluxma fermaların birində 3 baş inəkdə aşkar edilib.
 
Bu təhlükəli infeksiyanın qarşısının alınması üçün bölgədəki iribuynuzlu mal-qaranın peyvəndlənməsi qərara alınıb. Peyvəndlənmə Xabarovskda 3 minədək mal-qaranı əhatə edəcək.
 
Qeyd edək ki, nodulyar dermatit xəstəliyi qansoran həşəratlar tərəfindən keçir və hava-damcı yolu ilə digər heyvanlara yoluxa bilir. Xəstəlik özü ölümcül olmasa da, xəstə inəklərin südünün məhv edilməsi tövsiyə olunur. /virtualaz /
 

Google+ WhatsApp ok.ru