Rusiyada MDB məkanından olan miqrantların sayı kəskin artıb

Rusiyada MDB məkanından olan miqrantların sayı kəskin artıb

 
2021-ci ilin yanvar-may aylarında Rusiya ümumilikdə 260 928 immiqrant qəbul edib, ölkədən çıxanların sayı isə 164 974 nəfər olub. Beləliklə, miqrasiya artımı 95 954 təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.
 
"APA-Economics"in Rusiya Federal Dövlət Statistika Xidmətinə ("Rosstat") istinadən verdiyi məlumata görə, hesabat dövründə Rusiyaya ən çox immiqrasiya MDB məkanından olub. Belə ki, MDB ölkələrindən Rusiyaya 240 601 nəfər emiqrasiya edib, Rusiyadan isə MDB-yə 146 574 nəfər yollanıb. Beləliklə, miqrasiya artımı 94 027 təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 çoxdur.
 
 
Qeyd edək ki, cari ilin yanvar-may aylarında Rusiyaya ən çox Tacikistandan (43 995), Ermənistandan (32 113), Qazaxıstandan (32 113), Qırğızıstandan (32 113) və Özbəkistandan (32 113) mühacir gəlib.
 
 

Google+ WhatsApp ok.ru