Rusiyada müsəlmanlar üçün telefon 25 Oktyabr 2014 01:00 Xəbərlər Noyabrın sonunda Rusiyada müsəlmanlar üçün mobil telefon satışa çıxarılacaq. “Media forum” saytının məlumatına görə, Rusiya Müsəlman Qadınları İttifaqının sədri Nailə Zqanşina jurnalistlərə deyib ki, “BQ İstanbul” adlı bu telefonların yaddaşına “Quran”ın ərəb və rus dillərində mətnləri yerləşdirilib. Menyü sadə olduğundan surələri tez tapıb oxumaq mümkündür. Telefonda istifadəçini namaza çağıran zəng – “namaz zəngi” də olacaq. İstifadəçinin yerindən asılı olaraq telefon namaz vaxtını müəyyənləşdirib gündə beş dəfə bu barədə onu xəbərdar edəcək./ Teqlər : #Rusiyada müsəlmanlar üçün telefon, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İmam Hüseyn (ə) hərəminininin bayrağı Xanım Məsumə (s) məqbərəsinə hədiyə edilib Obamanın hakimiyyətə gəlişi ABŞ-da irqçiliyə son qoya bilmədi