Rusiyada Müsəlman Həkimlər Birliyi yaradılıb

Rusiyada Müsəlman Həkimlər Birliyi yaradılıb

Müsəlman həkimlər sağlam həyatın əsasları haqqında danışacaqlar.

Rusiyada ilk dəfə olaraq müsəlman həkimlər və tibb işçiləri birliyi yaradılıb.

Maide.Az "Islam.ru"a istinadla xəbər verir ki, birliyin prezidenti Ramil Xisamov Tatar-informa verdiyi müsahibədə bildirib ki, tibbi təhsili olan müsəlmanlar birliyə daxil ola bilərlər.

"Birlik cəmiyyətin istəyi ilə, İslam qanunlarına uyğun olan halal tibbi yardım göstərmək məqsədi ilə yaradılb. Biz İslam qaydalarına uyğun olaraq necə yemək, yatmaq, necə yaşamaq lazım olduğunu izah edəcəyik."deyə agentlik Xisamovun sözlərindən sitat gətirib.

Birliyin tərkibinə yalnız orta və ali təhsilli həkimlər deyil, tibb universitetlərinin tələbələri də daxil ola biləcəyi qeyd olunur.

Ən vacib şərtlərdən biri - Birliyin üzvü müsəlman olmalıdır. Bu günə qədər 80-ə yaxın mütəxəssis təşkilata üzv olmaq niyyətlərini bildirib.

Google+ WhatsApp ok.ru