Rusiyadan alınan döyüş texnikası və sursatların növbəti hissəsi ölkəmizə gətirilib - FOTO/VİDEO

Rusiyadan alınan döyüş texnikası və sursatların növbəti hissəsi ölkəmizə gətirilib - FOTO/VİDEO

Rusiya istehsalı olan müasir döyüş texnikası, silah, sursat və digər hərbi avadanlıqların Azərbaycana gətirilməsi prosesi davam edir.
 
Maide.İnfo xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, iki ölkə arasında hərbi-texniki əməkdaşlığa dair razılaşmaya əsasən ən yeni döyüş vasitələrinin növbəti hissəsi Azərbaycana çatdırılıb.
 
Bakı limanına artilleriya və raket sistemləri üçün gətirilən çoxlu sayda mərmilər, raketlər və digər hərbi-texniki əmlak düşmənin döyüş vasitələrinin, mühəndis-istehkam qurğularının, canlı qüvvəsinin və geniş ərazidə obyektlərinin dəqiq zərbə ilə məhv edilməsi üçün nəzərdə tutulub.
 
Eşalonlaşdırılan döyüş sursatları cəbhədə yerləşən qoşunların döyüş imkanlarını xeyli gücləndirəcək. /
 
 
 
 

Google+ WhatsApp ok.ru