Rusiyada nadir Quran nüsxələri sərgisi təşkil olunur

Mübarək Ramazan ayı münasibəti ilə Ural Dövlət Universitetində Quranın nadir nüsxələrinin sərgisi təşkil olunur.
Maide.az-ın “islam.ru” saytına istinadən məlumatına görə,  “Müqəddəs kitab sirləri” adı ilə keçirilən sərgidə Rusiya inqilabından öncə dünyaınn müxtəlif bölgələrində çap olunmuş 100-dən çox nadir Quran nüsxələri nümayiş olunacaq.
Sərgidə  I Aleksadr imperiyası dövründə  (1801-1825-ci illər) Tatar müsəlmanları tərəfindən çap olunmuş ilk Quran nüsxəsidə sərgilənəcək.
Sərgi çərçivəsində Quran oxumağı öyrənmək istəyənlər üçün Quran dərsləri də təşkil olunacaq.
Sərgi iyul ayının 14-də açılacaq və iki həftə müddətinə davam edəcək. 

Google+ WhatsApp ok.ru