Rusiyadan Ermənistana iqtisadi zərbə

Rusiyadan Ermənistana iqtisadi zərbə

-- Ermənistandan pomidor və xiyar idxalına məhdudiyyət qoyulacaq

Rusiya Kənd Təsərrüfatı Məhsullarına Nəzarət Agentliyi (Rosselhoznadzor) Ermənistandan pomidor və xiyar idxalına məhdudiyyət qoyula biləcəyini açıqlayıb.
 
Maide.Az “acilnews”a istinadən xəbər verir ki, buna səbəb Ermənistan məhsullarında zərərli böcəklərin tapılmasıdır.
 
Qurumdan bildirilib ki, 3-9 may tarixləri aralığında pomidorlarda yarpaq güvəsi, xiyarlarda isə “frankliniella occidentalis” aşkar edilib. Buna görə də bütün məhsullar geri göndərilib.
 
Hazırda Cənubi Osetiyadakı “Verxnıy Lars” sərhəd-keçid məntəqəsində bu ölkədən gələn məhsullara nəzarət gücləndirilib.
 
Faktla bağlı Ermənistan Kənd Təsərrüfatına xəbərdarlıq edilib.
 

Google+ WhatsApp ok.ru