Rusiyadan Gürcüstana aviadaşımalar qadağan olunub

Rusiyadan Gürcüstana aviadaşımalar qadağan olunub

Rusiya aviaşirkətlərinin Gürcüstana daşımalar həyata keçirməsi qadağan olunub.
 
Maide.Az “Report”a istinadla xəbər verir ki, bununla bağlı Rusiya prezidenti Vladimir Putinin iyunun 21-də imzaladığı fərman bu gündən qüvvəyə minib.
 
Bu gündən etibarən həmçinin Rusiyanın Nəqliyyat Nazirliyinin qərarı ilə Gürcüstan aviaşirkətlərinin ölkə ərazisinə uçuşları da dayandırılıb.
 
Gürcüstana Rusiyanın altı – “Aeroflot”, “Ural hava yolları”, “Red Wings”, “Pobeda” və “Smartavia” aviaşirkətləri reyslər həyata keçirib. Rusiyaya isə Gürcüstanın iki “Georgian Airways” və “MyWay” aviadaşıyıcısı müntəzəm birbaşa reyslər yerinə yetirib.
 
Rusiyaya uçuşlara qadağa ilə əlaqədar olaraq “Georgian Airways” şirkəti Tbilisi-Moskva-Tbilisi istiqaməti əvəzinə sərnişinlərə Tbilisi-Yerevan-Moskva-Yerevan-Tbilisi marşrutu üzrə xidmət göstərəcək.  

Google+ WhatsApp ok.ru