Rusiyadan Trampa cavab

Rusiyadan Trampa cavab

-- `Ağıllı raketlər terrorçulara qarşı uçmalıdır”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-ın prezidenti Donald Trampın Rusiyaya qarşı etdiyi “ağıllı raket” xəbərdarlığına reaksiya verib.
 
Maide.Az Sputnik-ə istinadən xəbər verir ki, M.Zaxarova şəxsi Facebook səhifəsindən verdiyi açıqlamasında belə deyib:
 
“Ağıllı raketlər bir neçə ildir öz torpaqlarında beynəlxalq terrorizmlə mübarizə edən qanuni hökumətə qarşı yox, terrorçuların yerləşdiyi tərəf istiqamətində uçmalıdır”.
 
Qeyd edək ki,  ABŞ prezidenti Donald Tramp Tvitter səhifəsində paylaşdığı statusda  Rusiyaya xəbərdarlıq edərək belə bildirmişdi: "Rusiya Suriyaya atacağımız raketləri vuracaqmış. Hazır ol Rusiya, yeni, qəşəng və ağıllı raketlərimiz gəlir. Sən qazla adam öldürən heyvanın yanında yer almamalısan." 

Google+ WhatsApp ok.ru