Rusiyadan Türkiyə kurortlarına səfərlər 30 faiz ucuz olacaq

Rusiyadan Türkiyə kurortlarına səfərlər 30 faiz ucuz olacaq

Rusiya Turoperatorlar Assosiasiyasında (RTA) hesab edirlər ki, çarter aviauçuşların bərpasından sonra Türkiyə kurortlarına səfərlər orta hesabla 20-30% ucuzlaşacaq.
 
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə RTA-nın icraçı direktoru Maya Lomidze bildirib.
 
O qeyd edib ki, orta hesabla "hər şey daxil" qida sistemi ilə üç ulduzlu oteldə 1 həftəlik istirahət 28-30 min rubla (436-468 dollar) başa gələcək.
 
Hazırda Türkiyəyə mütəmadi reyslərlə belə tipli səfərlər Rusiya turistinə orta hesabla 40 min rubla (624 dollar) başa gəlir.
 
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin iyunun 30-da Türkiyəyə çarter uçuşlarına və turların satışına qadağanı ləğv edilməsinə dair fərman imzalayıb.

Google+ WhatsApp ok.ru