Rusiyadan xəbərdarlıq: Qərb MDB-yə təzyiqini artırır

Rusiyadan xəbərdarlıq: Qərb MDB-yə təzyiqini artırır

Qərb Rusiyaya təzyiqlərini gücləndirir və onun MDB məkanındakı inteqrasiya proseslərinə təsirinə müqavimət göstərir.
 
 Axar.az xəbər verir ki, bunu MDB təhlükəsizlik və kəşfiyyat xidmətləri rəhbərlərinin iclasında çıxışı zamanı Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Pankin deyib.
 
“Biz dəqiq şəkildə görürük ki, dövlətimizə təzyiq artırılır, Qərbin MDB məkanındakı inteqrasiya proseslərinə müqaviməti güclənir, ortaq dəyərlərimiz sıradan çıxarılır, təməlləri sarsıdılır, Qərb dövlətlərindən asılılıq yaradılır”, – deyə o bildirib.
 

Google+ WhatsApp ok.ru