Rusiyada Quran öyrətmə mərkəzində ən balaca məzunlar üçün buraxılış imtahanı olacaq

29 mayda Rusiyanın Saratov şəhərində Quran öyrətmə mərkəzində ən balaca məzunlar üçün buraxılış imtahanları olacaq.

Maide.Az xəbər verir ki,  "Zeyd ibni Sabit" adına Quran mərkəzində 2- yaşdan, 5 yaşa kimi olan uşaqlara müqəddəs kitab öyrədilir.
Həmin gün fəal tələbələri və 2015-2016-cı tədris ili üçün təlim proqramı dərsliklərini öyrənənləri təbrik edəcəklər.

Eləcə də, qonaqlar mərkəz tərəfindən çəkilmiş cizgi filiminə baxacaqlar.

Yaşca ən balaca tələbələri isə həmin gün surpiriz və hədiyyələr gözləyir.

Google+ WhatsApp ok.ru