Rusiyada radardan itmiş təyyarə tapıldı - YENİLƏNİB 16 İyul 2021 15:13 Hadisə Rusiyanın Tomsk vilayətində radardan itən “An-28” tipli təyyarə tapılıb və ilkin məlumata görə göyərtədəki adamlar sağdır. Maide.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyi yayıb. Məlumata görə, təyyarənin göyərtsində 4-ü uşaq, 3-ü ekipaj üzvü olmaqla 17 nəfər var. *** Rusiyanın Tomsk bölgəsində An-28 tipli sərnişin təyyarəsi radarlardan itib. Maide.Az “TASS”-a istinadən xəbər verir ki, “An-28”in göyərtəsində 4-ü uşaq olmaqla 14 sərnişin və 3 ekipaj üzvi var. Təyyarə Tomsk bölgəsininin Bakçarski bölgəsində radardan itib. An-28 ilə əlaqə kəsilib və daha sonra təyyarənin qəza mayakı işə düşüb. Xilasedicilər helikopteri vasitəsi ilə axtarış-əməliyyat tədbiri həyata keçirirlər. Qeyd edək ki, ötən həftə Rusiyada göyərtəsində 22 sərnişin olan “An-26” sərnişin təyyarəsi Kamçatka səmasında radarlardan itmişdi. Teqlər : #Rusiyada,#radardan,#itmiş,#təyyarə,#tapıldı,#YENİLƏNİB, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tayvanda iki saat ərzində 22 zəlzələ olub Britaniyanın sel və daşqın nəqliyyatın işini iflic edib - VİDEO