Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb: Ölən və yaralananlar var - VİDEO

Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb: Ölən və yaralananlar var - VİDEO

Rusiyanın populyar kurort şəhəri olan Soçidə "Boeing 737" sərnişin təyyarəsi qəzaya uğrayıb.
 
Maide.Az "Sputnik"ə  istinadla xəbər verir ki, təyyarə hava limanına enəndən sonra uçuş xəttində çıxıb və alışıb.
 
Təyyarə Moskvadan Soçiyə uçurmuş. "Boeing" yerə enəndən sonra eniş xəttindən çıxıb və Mzımta çayına yuvarlanıb. Bu zaman təyyarənin təkəri və qanadı dağılıb, sol mühərriki yanmağa başlayıb.
 
Hadisə zamanı təyyarədə 164 sərnişin və 6 ekipaj üzvü olub.
 
Olaydan dərhal sonra hadisə yerinə yanğınsöndürmə briqadaları və təcili yadım maşınları cəlb edilib. Alov az müddət ram olunub, sərnişinlər evakuasiya edilib. Hadisə zamanı 18 nəfər yaralanıb. Onların arasında 3 uşaq da olub.
 
Olay qurbansız ötüşməyib. Təyyarədəki sərnişinlərin evakuasiyası zamanı hava limanının 1 əməkdaşı ölüb. O, ürək tutmasından keçinib.
 
 
 
 

Google+ WhatsApp ok.ru