Rusiyada sərnişin qatarı yük maşını ilə toqquşub: 18 yaralı

Rusiyada sərnişin qatarı yük maşını ilə toqquşub: 18 yaralı

Rusiyanın Krasnodar diyarında sərnişin qatarı yük maşını ilə toqquşub.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, sərnişin qatarının yük maşını ilə dəmir yolu keçidinə çıxması nəticəsində baş verən toqquşmada maşinist, maşinistin köməkçisi, avtomobilin sürücüsü və qatarın 15 sərnişini xəsarət alıblar.
 
Maşinist, maşinistin köməkçisi və avtomobilin sürücüsü xəstəxanaya yerləşdiriliblər, sərnişinlər isə yüngül xəsarətlərlə tibbi yardım üçün müraciət ediblər.
 
Bildirilir ki, toqquşma Timaşevskya və Vedmidovka stansiyaları arasında olan keçiddə baş verib.
 

Google+ WhatsApp ok.ru