Rusiyada `İslamda uşaqların tərbiyyəsi` adlı dəyirmi masa təşkil olunacaq

Maide.Az xəbər verir ki, Müsəlman xanımların maariflənməsi üçün təşkil olunacaq dəyərimi masa Rastovun Maykop şəhərində təşkil olunacaq.
 
Mayın 20-si saat 16:30-da Rastovun Maykop şəhər məscidində keçiriləcək dəyirmi masada “İslamda uşaqların təhsilinin əsas prinsipləri”,  “Uşaqlara dinin öyrədilməsi və Quranın əzbərlənməsi”, “Uşaq sağlamlığına qayğı: ənənəvi tibb və peyğəmbərin tibbi göstərişləri” kimi mövzular müzakirə olunacaq.
 
Dəyirmi masada həmçinin Ramazan ayı boyunca uşaqlarla nə cür davranmalı və bayramı onlarla keçirməyin qaydası və s.mövzular da müzakirə olunacaq.
 
Tədbir Adıgey Müsəlmanlar birliyi və Krasnodar krayınn  Ruhani İdarəsinin dəstəyi ilə təşkil olunur. /

Google+ WhatsApp ok.ru