Rusiyada İslam fənləri üzrə Olimpiada keçiriləcək

Rusiyada İslam fənləri üzrə Olimpiada keçiriləcək

5-6 dekabr tarixlərində Rusiya İslam İnstitutunda İslam təhsil və ərəb dili fənləri üzrə İslam təhsil müəssisələrinin tələbələri arasında XII Ümumrusiya Olimpiadası keçiriləcəkdir.

Maide.Az "islam.ru"a istinadla xəbər verir ki, burada Rusiyanın 20-dən çox bölgəsindən - Tatarıstan, Başqırdıstan, Dağıstan, Çeçenistan, İnquşetiya, Kabardino-Balkariya, Mordoviya, Qaraçay-Çerkessiya, Moskva, Nijni Novqorod və başqa bölgələrdən nümayəndələr iştirak edəcəklər.

Olimpiada Rusiya İslam İnstitutu tərəfindən Tacikistan Respublikası Müsəlmanları Ruhani İdarəsi, İslam Mədəniyyəti, Elm və Təhsilə Dəstək Fondu, Kazan Federal Universitetinin dəstəyi ilə keçirilir.

İştirakçılar test yazılı tapşırıqlar şəklində “İslam hüququ”, “Dinin əsasları” və “ərəb dili” kateqoriyalarında yarışacaqlar.

Bundan əlavə, ərəb dili nominasiyasında iştirak edənlər şifahi ərəb nitqi bacarıqlarını, İslami fənlər üzrə yarışanlar isə - Quranı düzgün və gözəl oxumaq bacarığını nümayiş etdirməlidirlər.

Google+ WhatsApp ok.ru