Rusiyada su kranlarından neft axıb

Rusiyada su kranlarından neft axıb

Rusiyada su kranlarından neft axıb.
 
Maide.Az bildirir ki, “ria.ru” xəbər verir ki, Rusiyanın şərqindəki Çerski kəndinin sakinləri evlərindəki su kranlarını açdıqda krandan isti su əvəzinə neftin gəldiyini görüblər.
 
Kəndin mərkəzi istilik sistemində meydana gələn qəza nəticəsində 3 ton neftin su şəbəkəsinə sızdığı bildirilir. Neftin su şəbəkəsi ilə yanaşı bölgədəki çayları və ətraf əraziləri kirlətdiyi də qeyd edilib.
 
Su şəbəkəsindəki nefti təmizləməyə çalışan səlahiyyətlilər soyuq su kranlarında hər hansı bir problemin olmadığı deyiblər. Lakin vətəndaşlara isti suyu içmədən əvvəl qaynatmaları barədə xəbərdarlıq edilib.
 
Faktla bağlı istintaq aparılır.
 

Google+ WhatsApp ok.ru