Rusiyada təhlükə böyüyür - gənə dişləmələrinin sayı 130 min oldu

Rusiyada təhlükə böyüyür - gənə dişləmələrinin sayı 130 min oldu

-- Sverdlovsk, Kemerovsk, Voloqda, İrkutsk, Sankt-Peterburqda

Rusiyada son iki ay ərzində gənə dişləmələri səbəbindən həkimə müraciət edənlərin sayı 130 minə çatıb.
 
Maide.Az "Trend"-ə istinadən xəbər verir ki, martın 15-dən aparılan monitorinq nəticəsində mayın 18-ə qədər olan məlumata görə, 129 min 845 nəfər gənə dişləmələri səbəbilə həkimə müraciət edib ki, onlardan 36 mini uşaqlardır.
 
Ən çox gənə dişləmələri Sverdlovsk, Kemerovsk, Voloqda, İrkutsk, Sankt-Peterburqda qeydə alınıb.
 
Hazırda 23 nəfər kəskin ensefailt virusu, 250 nəfər isə borrelioz virusu ilə xəstəxana şəraitində müalicə alır.
 

Google+ WhatsApp ok.ru