Rusiyada `Tu-154` təyyarələrinin uçuşları dayandırıldı

Rusiyada `Tu-154` təyyarələrinin uçuşları dayandırıldı

Bir neçə gün əvvəl baş vermiş qəzanın səbəbləri müəyyən olunanadək Rusiyada "Tu-154" təyyarələrinin uçuşları dayandırılıb.
 
Bunu Rusiya Silahlı Qüvvələrinin Aviasiya uçuşlarının təhlükəsizliyi xidmətinin rəisi, general-leytenant Sergey Baynetov deyib.
 
Xatırladaq ki, Rusiyada Suriyaya gedən "Tu-154" təyyarəsi Soçi yaxınlığında qəzaya uğrayaraq Qara dənizə düşmüş, nəticədə 92 nəfər həlak olmuşdu.
 
Bu gün həmin qəza nəticəsində həlak olanlardan 19 nəfərin meyiti sudan çıxarılıb. (modern.az) /

Google+ WhatsApp ok.ru