Rusiyada turizmi gücləndirmək üçün halal otel açıldı

Rusiya ölkədəki turizmi canlandırmaq üçün Moskvada İslami qanunların riayət edildiyi və halal xidmətlərin təqdim olunduğu bir otel açıb.
 
Maide.az-ın məlumatına görə, hər cür spirtli içkinin və donuz əti xidmətinin qadağan olduğu bu oteldə məscidlə birlikdə otaqlara Qurani-Kərim nüsxələri də qoyulub.
 
Otelin meneceri belə deyib: "Qonaqlarımızın 70 faizi xaricdən gəlir. Bunların 13 faizini ki, təxminən beş min nəfər olur, müsəlmanlar təşkil edir. Müsəlman müştərilərimizin sualları əksəriyyətlə məscid və halal yemək mövzusundadır. Bizim üçün də əhəmiyyətli olan bütün müştərilərimizin məmnuniyyətini təmin etməkdir."
 
Otel böyük bir araşdırmadan sonra Rusiyadakı İslam təşkilatlardan halal sənədi ala bilib və bu aydan etibarən müsəlmanlara halal xidmətlər təqdim etməyə başlayıb. Oteldə qadınlar və kişilərin məscidi ayrıdır.

Google+ WhatsApp ok.ru