Rusiyada uşaqların sosial şəbəkədən istifadəsi qadağan oluna bilər 05 Aprel 2017 01:00 Dünya Rusiyada Leninqrad vilayətinin rəhbərliyi azyaşlıların sosial şəbəkədən istifadəsinin qarşısını almaq məqsədilə qanun layihəsi hazırlayıb. Bu barədə "İzvestiya" qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, layihədə 14 yaşından aşağı vətəndaşların sosial şəbəkədən istifadəsinə qadağa nəzərdə tutulub. Layihənin icraası zamanı azyaşlıların yalnız pasport məlumatlarını doldurduqdan sonra sosial şəbəkədə qeydiyyatdan keçməsi və istifadə etməsi nəzərdə tutulub. Bu qanunu pozan və azyaşlılara sosial şəbəkədən istifadəyə şərait yaradan internet resusların isə 300 min-500 min rubl arasında cərimə edilməsi planlaşdırılır. Bu gün Dövlət Dumasına təqdim olunacaq layihəyə parlament üzvlərinin baxacağı gözlənilir. Rusiyalı deputatlar qanun layihəsinə dəstək verəcəyi təqdirdə əvvəlcə Leninqrad, ardınca isə Rusiya ərazisində bu qadağanın qüvvəyə minməsi gözlənilir. Layihənin müəlliflərindən biri - Leninqrad vilayətindən deputat Vladimir Petrov bildirib ki, qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minməlidir. (faktxeber) / Teqlər : #Rusiyada uşaqların sosial şəbəkədən istifadəsi qadağan oluna bilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Məşhəddə güclü zəlzələ baş verib, ölən və yaralananlar var -YENİLƏNİB 3 Avropada yeni 50 avroluq əskinaslar dövriyyəyə buraxıldı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO