Rusiyada vətəndaşlığı bu halda ləğv edəcəklər

Rusiyada vətəndaşlığı bu halda ləğv edəcəklər

Rusiyanın Dövlət Duması terrorçuluq və ekstremizmə görə ittiham olunanlara Rusiya vətəndaşlığı verilməsi barədə qərarın ləğvini, həmçinin vətəndaşlığı qəbul edərkən andiçmə proseduru nəzərdə tutan qanun layihəsini ikinci oxunuşda da qəbul edib.
 
Bu barədə iyulun 12-də RİA Novosti məlumat yayıb.
 
İkinci oxunuşa edilən düzəlişlərdə həmçinin ukraynalıların Rusiya vətəndaşlığı və ya daimi yaşayış icazəsi almasının sadələşdirilməsi nəzərdə tutulur.
 
Qanun layihəsi Dövlət Dumasına bu ilin aprelində palata sədri Vyaceslav Volodin, Dumadakı 4 fraksiyanın liderləri Vladimir Vasiliev, Vladimir Jirinovsky, Gennadi Zuganov və Sergey Mironov, vitse-spikerlər İvan Melnikov, İgor Lebedev və İrina Yarova, həmçinin qanunvericilik komitəsinin rəhbəri Pavel Krasheninnikov və onun birinci müavini Mikhail Emelyanov tərəfindən təklif olunub.
 
Dövlət Duması sənədi birinci oxunuşda mayın 19-da qəbul edib.

Google+ WhatsApp ok.ru