Rusiyada xəstəxanada güclü yanğın: Ölənlər var

Rusiyada xəstəxanada güclü yanğın: Ölənlər var

Rusiyanın Tatarıstan Respublikasında xəstəxanada insan ölümü ilə nəticələnın güclü yanğın baş verib.
 
Sputnik Azərbaycan “RİA Novosti”yə istinadən xəbər verir ki, yanğın Zelenodolsk şəhərində xəstəxanada meydana gəlib.
 
Hadisə zamanı 3 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb. Yaralılardan ikisi xəsarətləri yanıq, digərlərinin isə zəhərlənmə ilə bağlıdır. Ölənlər və xəsarət alanlar xəstələrdir.
 
Əraziyə xeyli sayda yanğınsöndürən və xilasedici cəlb edilib. İkimərtəbəli binada olan 88 nəfər təxliyə edilib. Yanğın binanın birinci mərtəbəsindəki palataların birindən qısa qapanma nəticəsində başlayıb. 

Google+ WhatsApp ok.ru