Rusiyada zəhərlənənlərin sayı 112-yə çatıb

Rusiyada zəhərlənənlərin sayı 112-yə çatıb

-- onlardan 70-i xəstəxanaya yerləşdirilib.

Rusiyanın Ulan-Ude şəhərindəki kafelərin birində kütləvi zəhərlənmə zamanı zərərçəkənlərin sayı 112 nəfərə çatıb.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, onlardan 70-i xəstəxanaya yerləşdirilib.
 
Yanvarın 8-dən 11-dək "Şulen Do" kafesinə gələnlərin əksəriyyəti zəhərlənib. İaşə müəssisəsinin fəaliyyəti dayandırılıb.
 
Prokurorluqdan bildirilib ki, kafedə sanitar-epidemioloji tələblərin ciddi şəkildə pozulması halları qeydə alınıb.
 

Google+ WhatsApp ok.ru