Rusiya Donald Trumpın komandası ilə Suriya ilə bağlı danışıqlara başlayıb

Rusiya Donald Trumpın komandası ilə Suriya ilə bağlı danışıqlara başlayıb

Rəsmi Moskva  ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trumpın komandası ilə  Suriyadakı böhranı həll etmək üçün  danışıqları  başlayıb. Bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Baqdanov deyib. 
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, M.Baqdanov deyib ki, ümid edirəm ABŞ-ın yeni hökuməti  Suriya böhranının həllinə yardım üçün yeni bir üsul seçəcək. “Moskva  BMT çərçivəsində Suriyadakı  qruplar arasında müzakirələrin başlanması üçün atılacaq hər növ addımı  alqışlayır.  Yaxın Şərq və Afrikanın şimalında hazırda  terrorizm və ifratçılıq həddən artıq yayılıb. Və bunda bəzi Qərb ölkələrinin rolu var.”
 
O deyib ki, Rusiya dəfələrlə  hökumətlərin məcburi dəyişməsi layihəsinin icrası  və gərginliyin yaradılması təhlükəsi ilə bağlı  xəbərdarlıq  edib,lakin Qərb ölkələri bu sahədə Moskva ilə  eyni mövqeni  sərgiləmirlər. 
 
Qeyd edək ki, Rusiya prezidenti V.Putin bir neçə gün öncə   D.Trumla telefon danışığı  aparıb. Bildirilir ki, V.Putin telefon  danışığında terrorizmlə mübarizədə müştərək addımların atılmasında maraqlı olduğunu vurğulayıb.
 

Google+ WhatsApp ok.ru