Rusiya dumasının nümayəndəsi: media “İslam terrorizmi” ifadəsini işlətməməlidir

Rusiya parlamentinin (duma) nümayəndəsi terrorizmin İslam dini və hər hansı bir məzhəblə əlaqəli olmadığını vurğulayaraq bildirib ki, “islam terrorizmi” və “islam yaraqlıları” kimi ifadələrin mediada işlədilməsinin qarşısı alınmalıdır.
Maide.az-ın  “russia today” internet xəbər agentliyinə istinadən verdiyi məlumatına görə, Rusiya parlamentinin (duma) “vahid rusiya” partiyasının nümayəndəsi Semsil Saralyev qeyd edib ki, belə ifadələr ictimai rəyi yanlış formalaşdırır və insanlarda islam dini ilə terrorizmin bir olduğu fikrini yaradır, halbuki terrorçulardan ən çox zərər görən elə müsəlmanlardır.

Deputat deyib ki, bəzi KİV-lər bilərəkdən  və insanları İslamdan uzaqlaşdırmaq üçün “islami terroristlər”, “radikal islamçılar”, “cihadçılar”, “şəhidlik kəməri” və "İslam terrorist dövləti" kimi ifadələrdən hədəfli şəkildə istifadə edirlər. Bu isə müsəlmanları ciddi təhlükə qarşısında qoyacaq.
Dumanın nümayəndəsi qeyd edib ki, İŞİD kimi terroristlər özlərini “islam dövləti” adlandırsalar da, onların İslam dini ilə heç bir bağlılığı yoxdur və bu çox aydındır ki, həqiqi islam sülh və mehribanlığı təbliğ edir, media bunu xalqa çatdırılmalıdır.
Qeyd edək ki, 145 milyonluq Rusiya cəmiyyətində 33 milyon nəfərə yaxın müsəlman yaşayır.  /

Google+ WhatsApp ok.ru