Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkinə viza vermədilər

Finlandiya Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkinə viza verməkdən imtina edib.
 
Bunu Finlandiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Vesa Hyakinen deyib.
 
O bunu rusiyalı siyasətçinin Avropa İttifaqının sanksiya siyahısında olması ilə əlaqələndirib. “Yekun qərar qəbul olunanadək Aİ-nin digər ölkələri, Aİ və ATƏT rəhbərliyi ilə məsləhətləşdik”, - deyə o vurğulayıb.  
 
Diplomat onu da əlavə edib ki, Narışkinlə yanaşı daha 5 rusiyalıya Finlandiyaya giriş yasaqlanıb.
 
Qeyd edək ki, Narışkin iyulun 5-dən 9-dək Helsinkidə keçiriləcək ATƏT Parlament Assambleyasının sessiyasında iştirak etmək niyyətində olub.

Google+ WhatsApp ok.ru