Rusiya çempionu Mahaçqalada güllələnib - VİDEO

Tayboks üzrə Rusiya çempionu, MMA döyüşçüsü Şahbulat Şamxalayev Dağıstan Respublikasının paytaxtı Mahaçqalada ağır yaralanıb.
 
"Report"un "RİA Dagestan"a istinadən verdiyi məlumata görə, idmançı atışma zamanı tapança yarası alıb.
 
Xəstəxanaya yerləşdirilən Şamxalayevin vəziyyəti ağır qiymətləndirilir. Həkimlər onun böyrəklərindən birini çıxarmalı olublar. Bununla belə, takboksçunun vəziyyəti sabit qiymətləndirilir. /

Google+ WhatsApp ok.ru