Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus nüvə sualtı qayığında baş verən yanğın söndürülüb

Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Oryol” nüvə sualtı qayığında ötən gün yerli vaxtla 14.00-da başlayan yanğın (Bakı vaxtı ilə 16.00) söndürülüb. Təmirə dayanan qayıqda yanğın  Severodvinsk şəhərindəki “Zvyozdoçka” tərsanəsində qaynaq işləri zamanı baş verib.
 
Hazırda yanğının tamamilə söndürüldüyü bildirilir. Məlumata görə, döyüş sursatı təmirdən əvvəl qayıqdan çıxarılıb, nüvə reaktoru isə qapanmış vəziyyətə gətirilib.   
 
Hadisə nəticəsində xəsarət alan olmayıb.
 
Yanğına səbəb qayıqda qaynaq işlərinin texnologiyasında yol verilmiş nöqsanların olduğu ehtimal edilir.  
 
Fakt üzrə cinayət işi başlanıb. Hadisə yerində əməliyyat-istintaq qrupu araşdırma aparır, hadisənin səbəbləri müəyyənləşdirilir. 

Google+ WhatsApp ok.ru